Bakıda Rumıniya Milli Mədəniyyət Günü keçiriləcək
Bizi izləyin

Tabloid.az

Bakıda Rumıniya Milli Mədəniyyət Günü keçiriləcək

Azərbaycanda Rumıniya Milli Mədəniyyət Günü qeyd ediləcək.

Publika.az-ın məlumatına görə, tədbir yanvarın 15-də Rumıniya bəstəkarı Corc Eneskunun Bakıdakı abidəsi önünə əklil qoymaqla başlayacaq.

Daha sonra Rumıniyanın Azərbaycandakı səfirliyi, Azərbaycanın Rabitə və Texnologiyalar Nazirliyi və “Azərmarka”nın birgə təşkilatçılığı ilə Rumıniya və Azərbaycanın birgə hazırladığı markaların təqdimatı keçiriləcək.

Bu markalar ənənəvi milli incəsənət mövzusunda hazırlanıb və hər iki ölkənin dulusçuluq və xalça sənəti nümunələrinə həsr olunub. Həmin gün həmçinin Rumıniyanın xalq şairi Mixay Emineskunun 165 illiyidir. Mərasim Mixay Emineskunun şeirlərinin oxunması ilə başa çatacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm