Sosial şəbəkə istifadəçiləri onu seçdi – VİDEO+FOTOLAR
Bizi izləyin

Tabloid.az

Sosial şəbəkə istifadəçiləri onu seçdi – VİDEO+FOTOLAR

“Zirvədəkilər – 2015” mükafatlandırma mərasimi keçirilib. Sosial şəbəkədə aparılan sorğu nəticəsində ən çox bəyənilən sənətçilər mükafatlarla təltif olunub. Mükafatçılar sırasında gənc müğənni, bu günlərdə “Bakı payızı” müsabiqəsinin qalibi olan Orxan Babazadə də var.

Bu barədə Publika.az-a sənətçi özü məlumat verib. Müğənni “Bahar çiçəyim” mahnısına görə təltif olunub. Mahnının musiqisi müğənni Ceyhun Əliyevə, sözləri isə teleaparıcı Azər Şirinə məxsusdur. Belə bir məşhur festivalda iştirak edib, qalib olduğuna görə sevindiyini deyən müğənni təəssüratlarını bölüşüb: “Qalib olmağın sevincini yaşayıram. Məni ən çox sevindirən bu oldu ki, mahnım sosial şəbəkələrdə ən çox bəyənilənlər sırasındadır. Demək ki, insanlar ifamı bəyənib və qiymətləndiriblər. Gənc müğənni kimi bu, məni ruhlandırır”.


Qeyd edək ki, rejissor Nail Naiboğlunun təşkil etdiyi mərasim xalq artisti Flora Kərimovanın ifası ilə başlayıb.

Rəşid Behbudov adına Mahnı Teatrında gerçəkləşən gecədə mükafatları sahiblərinə iş adamları, idmançılar, elm xadimləri təqdim edilib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm