Tabloid.az
20 Yanvar şəhidlərinin şəxsi əşyaları nümayiş olunacaq
Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Həyatın və ölümün dərsləri” adlı tədbir-sərginin açılışı olacaq.
Sərgidə muzeyin fonduna daxil olunmuş yeni eksponatlar - 20
Yanvar şəhidlərinin şəxsi əşyaları nümayiş olunacaq.
Tədbirdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin
dosenti, əməkdar artist Yaqubova Mahirənin rejissorluğu və həmin
universitetin tələbələrinin iştirakı ilə hazırlanan 20 Yanvar
faciəsinə həsr olunmuş kompozisiya nümayiş olunacaq, əməkdar
artistlər Ağalar Bayramov və Teyyub Aslanın ifalarında şeirlər və
muğam səslənəcək.
Eyni zamanda, tədbirdə 20 Yanvar faciəsinin şəhidlərinin ailə üzvləri, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunlarının şəxsi heyəti, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının tələbələri və digər qonaqlar iştirak edəcəklər.
Tədbir 2015-ci il yanvarın 16-da saat 12.00-da, Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən keçiriləcək.
Cəvahir
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...