Milli Qəhrəman haqqında film çəkilir
Bizi izləyin

Tabloid.az

Milli Qəhrəman haqqında film çəkilir

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən “Şuşalı şəhid” adlı filmin istehsalı başa çatmaq üzrədir.

Publika.az-ın məlumatına görə, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsində Şuşa şəhər özünümüdafiə taborunun komandiri olan Ramiz Qəmbərovun həyatından və keçdiyi şərəfli döyüş yolundan bəhs edən filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadədir.

R.Qəmbərovla bağlı xronikal kadrların da yer aldığı filmdə döyüş yoldaşları və müəllimləri qəhrəman haqqında xatirələrini bölüşür, onun igidliyindən və göstərdiyi şücaətlərdən söhbət açırlar.

Qeyd edək ki, nazirliyin “Yaddaş” sənədli filmlər studiyasında dövlət sifarişi ilə “Milli Qəhrəmanlar” silsiləsindən indiyədək iyirmi sənədli film çəkilib. Daha on beş film isə hazırda istehsalın müxtəlif mərhələsindədir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm