Özbəklər “Arşın mal alan”ı üzə çıxardı
Bizi izləyin

Tabloid.az

Özbəklər “Arşın mal alan”ı üzə çıxardı

Özbəkistan Milli Dram Teatrında böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası əsasında hazırlanan konsert-tamaşanın təqdimatı olub.


Publika.az-ın məlumatına görə, təqdimat mərasimində səfirliyimizin əməkdaşları, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.


Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə hazırlanan konsert-tamaşanın bədii rəhbəri və dirijoru Özbəkistanın əməkdar incəsənət xadimi, professor Firuza Abdurahmanovadır.


Tədbirdə operettadan ariya, duet və mahnılar, xor nömrələri ifa edilib. Əsgərin və Gülçöhrənin ariyalarını beynəlxalq müsabiqələr laureatları Rüstəm Alimardanov və Masuma Boltabaeva səsləndiriblər.


Bədii rəhbər Firuza Abdurahmanova çıxış edərək, bu unudulmaz əsər əsasında konsert-tamaşanın hazırlanmasında dəstəyə görə səfirliyimizə və Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm