“Üns” Yaradıcılıq Səhnəsində tanınmış italyan aktrisası Klaudiya Kardinale ilə görüş keçirilib -Foto
Bizi izləyin

Tabloid.az

“Üns” Yaradıcılıq Səhnəsində tanınmış italyan aktrisası Klaudiya Kardinale ilə görüş keçirilib -Foto

“Üns” Yaradıcılıq Səhnəsində tanınmış italyan aktrisası Klaudiya Kardinale ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, dünən “Üns” Yaradıcılıq Səhnəsinin təşkilatçılığı ilə tanınmış italyan aktrisası Klaudiya Kardinale ilə görüş keçirilib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva görüşdə iştirak ediblər.

Görüş milyonlarla kinosevərin məhəbbətini qazanmış Klaudiya Kardinalenin məşhur filmlərdə yaratdığı rollardan fraqmentlərin nümayişi ilə başlayıb.

Kinorejissor Ayaz Salayev aktrisanın həyat və yaradıcılığı barədə tamaşaçılara məlumat vermişdir. Görüş Klaudia Kardinale ilə müsahibə formasında davam edib.

Qeyd edək ki, aktrisa 1938-ci ildə Tunisdə anadan olub. 1957-ci ildə Klaudia Kardinale ölkənin ən gözəl qadını seçilmiş və Venesiya kinofestivalına dəvət alıb. O, Lukino Viskonti və Federiko Fellini kimi əfsanəvi rejissorların filmlərində baş rolları ifa edib. Daha sonralar isə aktrisanın İtaliya kinosunun ən məşhur simalarından olan Marçello Mastroyanni ilə çəkildiyi “Yaraşıqlı Antonio”, Alen Delonla birlikdə rol aldığı “Rokko və onun qardaşları”, eləcə də “Leopard”, “Böyük Ayının dumanlı ulduzları”, “İnteryerdə ailə portreti” kimi filmlər onu Avropa kinosunun ulduzuna çevirmişdir. Lakin K.Kardinale bununla kifayətlənməmiş və çəkildiyi “Çəhrayı pantera” filmi ilə Hollivudu da fəth edib.

Gecədə aktrisanın ən çox sevdiyi mahnılar ifa edilmişdir. Sonra aktrisa tamaşaçıları maraqlandıran sualları cavablandırıb.

ÜNS-ün yaradıcısı və bədii rəhbəri Nərgiz Paşayeva Klaudia Kardinaleyə görüşdə iştirak etdiyinə görə təşəkkürünü bildirmiş, onun tamaşaçıların ürəyində xüsusi yer tutduğunu qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm