Sevil və Sevinc bacılarından növbəti BİABIRÇILIQ - VİDEO
Bizi izləyin

Tabloid.az

Sevil və Sevinc bacılarından növbəti BİABIRÇILIQ - VİDEO

Bir neçə gün öncə Xəzər TV-nin efirində manatı cırmaqla gündəmə gələn “Hər şey daxil” verilişinin aparıcıları – Sevinc və Sevil əkiz bacıları bu dəfə də öz savadsızlıqları ilə söz-söhbətət səbəb oldular.

Publika.az-ın məlumatına görə, bacılar efirdə Azərbaycanın Gürcüstan Respublikası ilə sərhəd rayonu olan Balakənin harada yerləşdiyini bilməyiblər. Efirdə qonaq olan müğənni Balakəndən olduğunu dedikdə bacılar rayonun harada yerləşdiyini soruşublar. Qonaq rayonun şimal-qərb istiqamətində olduğunu dedikdə bacılardan biri, Balakənin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşdiyini bildirib.

Qeyd edək ki, bacılar Azərbaycan efir məkanına “O səs Türkiyə” mahnı müsabiqəsində iştirakdan sonra gəliblər. Müsabiqədə uğur qazanmayan bacılar tez-tez müxtəlif televiziya proqramında qonaq kimi iştirak etməyə başladılar. Bir müddət sonra isə öz fərasətləri ilə fəqrlənən bacılar Xəzər TV-də aparıcılığa başladılar.

azxeber.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm