Mirələmovun “Miras”ı üzə çıxarılacaq
Bizi izləyin

Tabloid.az

Mirələmovun “Miras”ı üzə çıxarılacaq

Dövlət Gənc Tamaşaçılar Teatrında daha 2 yeni əsərin səhnələşdirilməsinə start verilib.

Teatrdan Publika.az-a verilən məlumata görə, hazırlanan birinci əsər Hans Kristian Andersenin “Çirkin ördək balası” nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşadır. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir.

Tamaşada əsas rolları əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar Hüsniyyə Əhmədova, İlqarə Tosova, Günel Məmmədova, Zümrüd Quliyeva, Roza İbadova, Səbinə Məmmədova, Venera Abbasova, Anar Seyfullayev, Araz Pirimov, Müşfiq Əliyev, Elşən Hacıbabayev, Eşqin Quliyev, Rasim Cəfərov və başqaları ifa edəcəklər.

Məlumat üçün bildirək ki, uşaqlar üçün nəzərdə tutulmuş yeni tamaşanın premyerası bu ilin aprel ayında baş tutacaq.

“Miras” adlanan növbəti səhnə əsərinin müəllifi Hüseynbala Mirələmovdur.

İlk nümayişi may ayında nəzərdə tutulan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, rəssamı Sevinc Həsənova, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır. Səhnə əsərində əsas obrazları xalq artisti Yasin Qarayev, əməkdar artistlər Rahib Əliyev, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Elşən Şirəliyev, Vüsal Mehrəliyev ifa edəcəklər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm