Qara Qarayevin 97 yaşının şərəfinə...
Bizi izləyin

Tabloid.az

Qara Qarayevin 97 yaşının şərəfinə...

Fevralın 5-də görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq Artisti, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki Qara Qarayevin anadan olmasının 97-ci ildönümü münasibətilə anım tədbirləri keçiriləcək.

Publika.az-ın məlumatına görə, həmin Fəxri Xiyabanda bəstəkarın məzarı ziyarət olunacaq, axşam saat 19.00-da isə Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına Kamera Orkestrinin ifasında “XX əsrin dahi bəstəkarları” adlı konsert proqramı təqdim ediləcək.

Həmin gün Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində tədbir keçiriləcək. Tədbirdə Qara Qarayevin həyat və yaradıcılığını əks etdirən muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunacaq. Tədbir Bakı Musiqi Kollecinin tələbələri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin ifasında Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı ilə davam edəcək.

Tədbirin qonaqları musiqi ictimaiyyəti, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin, Bakı Musiqi Kollecinin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllim və tələbə heyəti, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm