Tabloid.az
Qorxmayın, o, həmişə bizimlədir - Polad Bülbüloğlu yubileyini qeyd edir
Bu gün Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, xalq artisti Polad Bülbüloğlunun ad günüdür.
Publika.az-ın məlumatına görə, Polad Bülbüloğlu 1945-ci ildə fevralın 4-də Bakıda anadan olub. Soyadını atasının ləqəbindən – Bülbül – götürüb. Uzun müddət Azərbaycan Respublikasının mədəniyyət naziri kimi fəaliyyət göstərib. Hazırda Rusiya Federasiyasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiridir.
1973-cü ildə əməkdar incəsənət xadimi, 1982-ci ildə Azәrbaycan SSR
xalq artisti adına layiq görülüb.
Polad Bülbüloğlu geniş yayılmış bir sıra mahnıların müәllifi vә
onların ifaçısı kimi tanınıb. Kinofilmlәrә, dram tamaşalarına
yazılan gözəl musiqilərin, simfoniya, simfonik poema vә başqa
әsәrlәrin müәllifidir.
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad
Bülbüloğlu “Müqəddəs Knyaz” Nevski mükafatına layiq görülüb. Səfir
bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq
görülüb.
Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün,
anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki
xidmətlərinə görə təltif edilib.
O, Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı “Məhəbbət
və ölüm” baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində
tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi sanballı
töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyat və
vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda
“2009-cu İlin Adamı” elan edilib.
2015-ci il fevralın 3-də isə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Polad Bülbüloğlunu “Şərəf” ordeni ilə təltif edib.
Cəvahir
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO