II Nikolayın azərbaycanlı general-adyutantı
Bizi izləyin

Tabloid.az

II Nikolayın azərbaycanlı general-adyutantı

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” sənədli filmlər və Sankt-Peterburqun “Lennauçfilm” kinostudiyası tərəfindən Hüseyn xan Naxçıvanski haqqında çəkilən tammetrajlı sənədli filmin istehsalı başa çatmaq üzrədir.

Publika.az-ın məlumatına görə, cəkilişləri Naxçıvanda, Bakıda və Sankt-Peterburqda aparılan filmdə arxiv materiallarından geniş istifadə olunub. Filmin ssenari müəllifi və rejissoru Valentina Qurkalenkodur.

Sovet hakimiyyətini qəbul etmədiyinə görə bolşeviklər tərəfindən güllələnən, xatirəsi bu gün də Rusiyada və Azərbaycanda əziz tutulan böyük sərkərdənin zəngin və keşməkeşli həyat yolunu əks etdirən ekran əsərinin artıq səsləndirilməsi başa çatıb, son tamamlama işləri aparılır.

Rusiya imperiyasında böyük nüfuz sahibi olan, görkəmli azərbaycanlı sərkərdə, tam süvari qoşunları generalı, II Nikolayın general-adyutantı olmuş Hüseyn xan Naxçıvanski haqqında çəkilən film yaxın zamanlarda tamaşaçılara təqdim olunacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm