Maral Tahirqızı: ”Esmira hamama keçəndə, 5 kişi evimə girdi... ”
Bizi izləyin

Tabloid.az

Maral Tahirqızı: ”Esmira hamama keçəndə, 5 kişi evimə girdi... ”

Barəsində cinayət işi açılan Maral Tahirqızı Publika.az-a açıqlama verərək bunları deyib:

“Mənə deyirlər ki, sən evində əxlaqsızlıq yuvası saxlayırsan. Günahın hamısı o Esmiradadır, saç ustasında. Bir rəfiqəsi ilə evimə qonaq gəldi, qonağı da qapıdan qaytarmazlar ki… Oturduq, çay içdik. Sonra mənim Qız Qalasının yanında çəkdirdiyim fotolara baxdıq. Başım mətbəxdə şəkillərə qarışanda Esmira durub hamama keçdi. Bu rəfiqəsi də dalınca. Mən də heç mətbəxdən başqa otağa keçmədim. Bir onda gördüm ki, beş kişi evimə daxil oldu. Mən onlardan soruşdum ki, ay qardaş, siz kimsiniz, xəbərsiz-ətərsiz evimə gəlmisiniz? Onlar da mənə dedilər ki, səsini çıxarma. Üstündən bir qədər keçmiş polislər gəldilər. Evimin, yataq otağımın şəkillərini çəkdilər. Mənə dedilər ki, evində əxlaqsızlıq yuvası saxlayırsan. Apardılar polis idarəsinə, sorğu-sual etdilər. Mən yazıq o kişiləri heç tanımıram da. Aləmi qarışdıran Esmira olub. O adamları da öyrədib, dalınca evimə gətirib”.

Maral Tahirqızı onu da bildirib ki, müdafiə üçün özünə vəkil də tutub.

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm