Tabloid.az
Prezident və xanımı tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşüb
Fevralın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 illik yubiley mərasimində iştirak etmək üçün Bakıya gələn bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüşüblər.
Prezident İlham Əliyev görüşdə iştirak edən qonaqları salamladı, tanınmış mədəniyyət və incəsənət adamlarının bir yerə toplaşıb belə tədbirdə iştirak etməsini xoş hal kimi dəyərləndirdi. Dövlətimizin başçısı 10 il bundan əvvəl tanınmış sənətçinin “İstiqlal”, indi isə “Şərəf” ordeni ilə təltif etdiyini bildirdi. “Polad Bülbüloğlunun yaradıcılığı öz ilhamını çox qədim köklərə malik xalq yaradıcılığından götürür”, - deyən Prezident İlham Əliyev yubilyarın görkəmli ifaçı kimi yaddaşlarda qalan Bülbülün ailəsində dünyaya göz açdığını vurğuladı, onun mahnılarının hamı tərəfindən sevildiyini söylədi.
Dövlətimizin başçısı ümumilikdə Azərbaycanda tolerantlığa və multikulturalizmə xüsusi diqqət yetirildiyini və bu amillərin ölkənin uğurlu inkişafındakı rolunu vurğuladı.
Prezident İlham Əliyev bir daha təbriklərini çatdıraraq, Polad Bülbüloğluna Azərbaycan Respublikasının ən yüksək mükafatlarından biri olan “Şərəf” ordenini təqdim etdi.
Sonra SSRİ xalq artisti İosif Kobzon, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiyanın əməkdar artisti Bari Alibasov, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, bəstəkar, SSRİ xalq artisti Yevgeni Doqa, SSRİ xalq artisti Lyudmila Rümina, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Tacikistanın xalq artisti Curabek Murodov, SSRİ Dövlət mükafatı laureatı Andrey Dementyev çıxış etdilər.
Prezident İlham Əliyev Azərbaycanda həmişə sənətə və sənət adamlarına hörmətlə yanaşıldığını bildirdi, bu cür görüşlərin gələcəkdə də davam etdiriləcəyinə və mədəniyyətlərarası əlaqələrin daha da inkişafına xidmət edəcəyinə əminliyini bildirdi.
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi