Tabloid.az
Mahsun Kırmızıgül Bakı milyonçusunun həyatını ekranlaşdıracaq - FOTOLAR
Paytaxtın qonağı olan Türkiyənin tanınmış sənətçisi Mahsun Kırmızıgül “28 Cinema”da media mənsublarını başına toplayıb. Qala-gecədə Mahsun Kırmızıgül ilə yanaşı Əli Sürməli də olub.
Publika.az-ın məlumatına görə, aktyor “Möcüzə” filminin xüsusi təqdimatı üçün Bakıya gəldiyini bildirib:
“Film əslində Əzizin hekayəsidir. Filmin sonunda baş verənlər əsl möcuzədir. Bu filmin mövzusu real həyatdan götürülüb. Və filmin qəhrəmanları hazırda İstanbulda yaşayır. Bütün filmlərimdə sosial mesajlar verməyə çalışırıq. Eləcə də bu filmdə. Bu mesajların nədən ibarət olduğunu filmlərimə baxdığınız zaman görəcəksiniz. Əslində isə çəkdiyim film haqqında danışmağı çox sevmirəm. Əsas qiyməti tamaşaçı verir”.
Onun sözlərinə görə, “Möcuzə” filmi Türkiyədə çox məşhurlaşıb: “Hətta bu filmin bütün filmlərimdən daha çox gəlir gətirib. Eşitmişəm ki, Azərbaycanda da filmə maraq çoxdur. Bir neçə il bundan öncə Bakıda belə kinoteatrlar yox idi. İndi Bakı çox gözəlləşib, üstəlik də kinoya dövlətin dəstəyi var. Arzu edirəm ki, kinoteatrların sayı artsın”.
Filmdə çəkilən aktyorların oyununu yüksək qiymətləndirən Mahsun Kırmızıgül kamera arxasında ağladığını da etiraf edib: “Aktyorların oyunlarını gördükcə kamera arxasında gözlərim yaşarır. Filmində çox peşəkar aktyorlar çəkilib. Və mən onlarla fəxr edirəm”.
O həmçinin Hacı Zeynalabdin Tağıyevin həyatından film çəkmək istədiyini açıqlayıb: “Onun həyat hekayəsi məni çox cəlb edir. Bu barədə film çəksəm çox mükəmməl olmalıdır”.
Musiqi karyerasına niyə son qoyduğunu açıqlayan M.Kırmızıgül etiraf edib ki, bu qərarla çoxlarını hüsrana uğradıb: “Türkiyədə musiqiyə başlayanda ən yaxşılardan olmağa çalışdım. Səhvlərim də çox oldu. Türkiyədə olduğu kimi Azərbaycanda da məni ifaçı kimi tanımağa başladı. Ona görə ifaçılıq barədə mən çox insanı hüsrana uğratdım. Mənim ifalarım üçün darıxanları üzdüyümün fərqindəyəm. Amma mən eyni anda bir neçə iş görə bilmirəm. Kino mənim yeni dönəmim, yeni sınağım idi. Və kino çəkmək, albom hazırlamaqdan daha asandır. Musiqi ilə bağlı bir layihəm var, amma vaxt tapıb onu gerçəkləşdirə bilmirəm”.
Mətbuat konfransından sonra “Möcüzə” filminin təqdimatı olub.
Cəvahir
Foto Elçin Murad
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi