Məltəm Abbasova “O səs Türkiyə”ni tərk etdi - VİDEO
Bizi izləyin

Tabloid.az

Məltəm Abbasova “O səs Türkiyə”ni tərk etdi - VİDEO

Ebru Gündeşin komandasında olan həmyerlimiz Məltəm Abbasova bu gün “O səs Türkiyə”də "Son seçimlər" mərhələsində sonuncu dəfə səhnəyə çıxıb.

Publika.az xəbər verir ki, o, Lara Fabianin repertuarından "Adagio" mahnısını səsləndirib. Həmyerlimizin ifası münsiflər tərəfindən bəyənilsə də, tamaşaçı səsverməsində uduzub.

Məltəm səs fərqi ilə Hadisənin komandasından olan Sarperə uduzub.

Qeyd edək ki, TV8 telekanalında Acun İlicalının aparıcı olduğu səs yarışmasının münsiflər heyətində məşhur müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm