Tabloid.az
İlyas Əfəndiyevin 100 yaşı “Qarabağnamə” ilə qeyd olundu – FOTOLAR
Dövlət Gənc Tamaşaçılar Teatrında böyük Azərbaycan dramaturqu və yazıçısı, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, xalq yazıçısı İlyas Əfəndiyevin 100 illiyi münasibətilə “Qarabağnamə” tamaşasının nümayişi olub. Tamaşa Qafqaz Universitetinin tələbələrinin ifasında təqdim edilib.
Publika.az-ın məlumatına görə, tamaşaya İlyas
Əfəndiyevin “Hökmdar və qızı” pyesinin motivləri əsasında quruluş
verilib.
İlyas Əfəndiyevin nəsr və dram əsərlərinin çoxunun süjeti Qarabağın
həyatından, onun tarixi keçmişindən, müasir insanlarının həyatından
götürülüb.
Pyesdə Azərbaycan xanlıqlarının Rusiyaya birləşdirilməsi və
Ermənistan-Azərbaycan münaqişəsinin yaranması mövzusuna
toxunulur.
XVIII əsrin sonu-XIX əsrin əvvəlində Qarabağ hökmdarı olmuş İbrahim
xan müharibələr və feodal pərakəndəlik nəticəsində iqtisadi
cəhətdən zəifləmiş xanlığı birləşdirmək və onu İranın
ekspansiyasından müdafiə etmək üçün müdrik, fədakar və faciəli bir
qərar qəbul edir. Bu qərar bir daha belə bir həqiqəti sübut edir:
təəssüf ki, bəzən hökmdarlar da naəlac qalır və hər bir hökmdarın
taleyi onun sahib olduğu ölkənin ixtiyarındadır. Qarabağın
müstəqilliyini gələcək nəsillərə saxlamaq üçün İbrahim xan İran
hökmdarı Fətəli şahın məsələni sülalə nikahı ilə tənzimləmək
təklifi ilə razılaşır və öz qızı Ağabəyim ağanı ona ərə verir.
Qarabağ vəziri Saday bəyi sevən Ağabəyim ağa başa düşür ki, öz
seçimində sərbəst deyil və xoşbəxtliyini Vətəninə, onun gələcəyinə
qurban verməlidir. O, atasının hökmünə və vətən eşqinə boyun
əyir.
İncəsənət zaman və məkan, janr, fikir və məntiqdə sərhəd tanımır.
Hazırda anadan olmasının 100 illiyi qeyd edilən görkəmli
yazıçı-dramaturqun zəngin bədii irsi buna bariz nümunədir. Onun
yaratdığı əsərlər bu gün də aktualdır.
Cəvahir
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO