Brilliant Dadaşova: “Bağda yaşamağımın səbəbi odur” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Brilliant Dadaşova: “Bağda yaşamağımın səbəbi odur” - FOTOLAR

Xalq artisti Brilliant Dadaşova İctimai Televiziyada qonağı olduğu “Qonaq olun” verilişində maraqlı açıqlamalar verib. Publika.az-ın məlumatına görə, yaradıcılığı barədə danışan sənətçi xalq artisti Faiq Sücəddinovla silsilə mahnılar üzərində işlədiyini söyləyib:

“Faiq Sücəddinovla gözəl mahnılar hazırlayırıq. Nadir adlı bir gənc var, onun da mahnısını oxuyacağam”.

Xalq artisti bildirib ki, bu il iki diski işıq üzü görəcək:
“Disklərimin biri burada, biri Türkiyədə çıxacaq. İstəyirəm ki, mənim musiqimi gözləyənləri sevindirim. Bu diski 2-3 ildir gözləyirik. Artıq işin son mərhələsindəyik. Əslində, disk bir müddət öncə də çıxa bilərdi. Türkiyədə aranjimanı edib bizə göndərdilər, qoymadım çıxsın. Çünki orada Fikrət Əmirov, Rauf Hacıyev, Ələkbər Tağıyevin musiqiləri var və onları dəyişmək olmaz”.

B.Dadaşova uzun müddətdir bağ evində yaşaması barədə də danışıb. Deyib ki, şəhərdəki səs-küyə görə bağ evinə üstünlük verir:

“Mən uzun müddətdir bağda qalıram. Biz şəhərdəki evimizi alanda Bakıda maşınlar az idi. İndi insanların rifahı düzəlib, hətta bəzi evlərdə 3 maşın var. Evimiz də “Sahil” metrostansiyasının yanındadır, hər tərəfdən maşınlar keçir. Belə bir xüsusiyyətim var ki, ilin bütün fəsillərində evin pəncərəsi açıq olmalıdır. Hətta bayırda qar yağsa belə. Nə yayda, nə qışda kondisioner işlətmirik. Hərdən yoldaşım deyir ki, öldük soyuqdan. Bizi atam belə öyrədib. Uşaqları kiçik yaşlarından belə öyrətmək lazımdır. Oğlum da öz tayımdır. Pəncərə bağlı olan kimi deyir ki, yata bilmirəm”.

Brilliant Dadaşova oğlu Cahadın şəxsi həyatı barədə isə bunları deyib:
“Ötən yay Ramiz Mirişli və biz bir yerdə oturmuşduq. Həmin məkanda bir qız var idi. Qız mənim də xoşuma gəlmişdi, Cahadın da. Birdən Ramiz müəllim oğluma dedi ki, Cahad, qıza göz vur. O qədər gülmüşük ki... Cahadın xoşuna gələn qızlar var, amma hər şey qismətdir. Sözsüz ki, oğlumun seçiminə qarışacağam. Çünki biz həm də dostuq. Məndən olsa, onu dörd yaşında evləndirərdim”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm