Tabloid.az
Laləni ölmüş adamla özünü reklam etməkdə günahlandırdılar
Mətbuatda müğənni Lalə Məmmədovanın ailəsində ağır itki baş verdiyi haqda məlumat verilmişdi. Xatırladaq ki, əməkdar artistin dayısı Yaşar Novruzov dünyasını dəyişib. Y.Novruzov həm də müğənni Lamiyə Novruzovanın atasıdır. Tabloid.az xəbər verir ki, əməkdar artistin dayısı qızı Lamiyə ona bərk əsəbiləşib və Lalə Məmmədovaya sosial şəbəkə vasitəsilə belə sərt ismarış göndərib:
"Mən dağımı itirdim, arxamı, dayağımı itirdim, canımı, ciyərimi itirdim... O, mənim atamdır, sənin dayın deyil... Bəsdir, artıq bu günümdə məndən əl çək. Reklama başqa mövzu tap. Sən dayı sayan olubsan? Lalə Məmmədova, bizim ailəmizin adını çəkməyi sənə qadağan edirəm. İmkan ver dərdimizi çəkək. O ataların atası mənim atamdır... Yaşar Novruzov mənim qəlbimdə daim yaşayacaq atam..."
Məsələ ilə bağlı tabloid.az-ın əməkdaşı Lalə xanımla əlaqə saxlayıb. O, həmişə kimi yüksək mədəniyyət nümayiş etdirib və sadəcə "Allah rəhmət eləsin!" deməklə kifayətlənib. Deyəsən, axı bu məsələdə reklam olunmaq istəyən tərəf başqadır. Bu məqamda onu qeyd edək ki, L. Məmmədova sosial şəbəkələrdə dayısının ölümü ilə bağlı heç nə yazmayıb...
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR