Fahriye Evcen seriala bu qiymətə çəkilir – FOTO
Bizi izləyin

Tabloid.az

Fahriye Evcen seriala bu qiymətə çəkilir – FOTO

“Çalıquşu” serialında tanış olub, “Aşk Sana Benzer” filminin çəkilişində eşq yaşamağa başlayan Fahriye Evcen və Burak Özçivitdən yeni xəbər var.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, onlar yeni serialda çəkiləcəklər.

Cütlük ötən axşam Kuruçeşmədəki bir yanacaqdoldurma məntəqəsində görüntülənib. Fahriye Evcen marketdən alış-veriş etdiyi müddətdə Burak Özcivit jurnalistlərin suallarını cavablandırıb. Aktyor film təqdimatlarından yorulduqlarını söyləyib:


“Artıq film sezonunu bağladıq. İndi bir seriala başlayırıq”.

Qeyd edək ki, Evcenin serialdakı qonorarının hər seriya üçün 35 min türk lirəsi olacağı bildirilir.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm