Rusiyada “Min bir gecə” baletinin 35 illiyi qeyd olunacaq
Bizi izləyin

Tabloid.az

Rusiyada “Min bir gecə” baletinin 35 illiyi qeyd olunacaq

Voronej Dövlət Opera və Balet Teatrı fevralın 19-da böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun əfsanəvi “Min bir gecə” baletinin 35 illiyini qeyd edəcək.

Publika.az-ın məlumatına görə, baletin Voronej səhnəsində premyerası 1980-ci ilin fevralında olub. Balet 35 il ərzində Voronej teatrında 400 dəfədən çox oynanılıb.


Balet 1979-cu ildə Azərbaycan Akademik Opera və Balet Teatrında səhnələşdirilib. Hazırda bu tamaşa Rusiyanın və dünyanın ən böyük səhnələrində uğurla nümayiş etdirilir.


Baletin bəstəkarı, SSRİ xalq artisti Fikrət Əmirov müsahibələrindən birində deyib ki, “Min bir gecə“ baleti bir çox mənada Voronej Teatrının təşəbbüsü ilə Azərbaycanın hüdudlarını aşıb.

Bəstəkar və quruluşçu heyət-quruluşçu baletmeyster Nailə Nəzirova, quruluşçu rəssam Toğrul Nərimanbəyov, kostyumlar üzrə rəssam Tahir Tahirov, repetitorlar 1980-ci ildə Bakıdan Voronejə dəvət olunub.

Teatr bu tamaşa ilə Rusiya şəhərlərinin çoxunda, xarici ölkələrdə qastrol səfərlərində olub. Sonralar tamaşada Rusiyanın xalq artisti Tatyana Frolova, əməkdar artistlər Vladislav İvanov, Mixail Neqrebov parlayıblar. “Min bir gecə” baletindən partiyalar balet truppasının indiki aparıcı solistlərinin - beynəlxalq müsabiqə diplomçusu Svetlana Noskovanın, beynəlxalq müsabiqə laureatları Yuliya Nepomnyaşşaya, Aleksandr Lityaqin və başqalarının repertuarında yer alıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm