Məşhur aktyorun oğlu azadlığa buraxıldı
Bizi izləyin

Tabloid.az

Məşhur aktyorun oğlu azadlığa buraxıldı

Məşhur kino aktyoru Ceki Çanın oğıu 6 ay həbs cəzasından sonra azadlığa buraxılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 2015-ci ilin yanvarında Pekin şəhərində 33 yaşlı Ceysi Çanın məhkəməsi keçirilib. Ceysi qanunsuz narkotik dövriyyəsinə görə yarım illik həbs cəzası alıb. Bundan əlavə, o, 2 min yuan (320 dollar) cərimə ödəməli olub.

Ceysi Çan 2014-cü ilin avqust ayında həbs olunduğu üçün onun cəza müddəti 2015-ci ilin fevralında başa çatıb.

Qeyd edək ki, Ceki Çanın oğlu dostu ilə birgə narkotik maddələrin istifadəsi və dövriyyəsinə görə həbs olunmuşdu.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm