“Məşhur müğənnilərlə bağlı ortaya fakt qoyacağam” - QALMAQAL
Bizi izləyin

Tabloid.az

“Məşhur müğənnilərlə bağlı ortaya fakt qoyacağam” - QALMAQAL

Şairə, eyni zamanda xınayaxdı və nişan mərasimlərinin aparıcısı olan Nazilə Səfərli müğənnilərlə bağlı maraqlı fakt açıqlayıb.

Publika.az-ın məlumatına görə, N.Səfərli özünün “Facebook” səhifəsində yazıb ki, Azərbaycanın adlı-sanlı sənətçiləri uşaq evində məskunlaşan kimsəsiz qızın nişan mərasimində oxumaq üçün pul istəyiblər:

“Fevralın 15-də Gəncə şəhərində atılmış uşaqların evindən bir qıza nişan taxılacaq. Bunun üçün çox sevinirəm. Amma üzüldüyüm bir şey var. Toylarda qaz vurub qızıl toplayan müğənnilər, ad alan artistlər uşaq evinin müdirindən pul istəyiblər. Onlardan fərqli olaraq, mən gedirəm, nişan gecəsini özüməməxsus idarə edəcəyəm.

Azərbaycanın yetim qızının nişanını isə oxumağa, sizcə, kim gedır? Doğuş... Çox sag ol, qardaş. Bilmirəm sevinim, yoxsa utanım...”

Publika.az-a açıqlama verən şairə xanım yaxın günlərdə həmin sənətçilərin adlarını çəkəcəyini bildirib:

“Mən hələ ki o müğənnilərin adını çəkmək istəmirəm. Çünki adlarını çəksəm, dərhal gedib nişan mərasimində iştirak edəcəklər və məni borclu çıxaracaqlar. Amma xeyir işi yola verəndən sonra onların adını çəkib, ortaya fakt qoyacağam. Çünki buna layiqdirlər. Mən özüm onların adlarını uşaq evinin müdirəsinə verdim ki, bunları çağırın, gəlib oxuyacaqlar. Mən haradan biləydim ki, onlar bunun müqabilində pul istəyəcək və məni də pis vəziyyətə qoyacaqlar. Uşaq evinin müdirəsi qarşısında utanıb yerə girdim. Onu da deyim ki, mənim sosial şəbəkədə statusumdan sonra tanınmamış sənətçilər mənə müraciət etdi ki, biz gəlib xeyir işdə təmənnasız çıxış edərik”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm