Hollivud ulduzu türk kökənlı olduğunu açıqladı
Bizi izləyin

Tabloid.az

Hollivud ulduzu türk kökənlı olduğunu açıqladı

Hollivudun məşhur ulduz aktyoru Hyu Cekman osmanlının nəvəsi olduğunu və özünü türk hiss etdiyini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, “X-Men” filmləri ilə şöhrət qazanan aktytor bu barədə Türkiyənin “Hürriyet” qəzetinə verdiyi müsahibədə deyib.

Qəzet əməkdaşının, “Ulu babanız Yunanıstandan gəlib, bu doğrudurmu?” – sualına aktyor həmin yerlərin keçmiş osmanlı imperatorluğunun ərazisi olduğunu deyərək cavab verib:

“Hər yerdə elə yazırlar, amma deyil. İstərsəniz o yerlərə osmanlı deyək. Çünki atamla dayım, babamın gəldiyi o yerə gediblər. dediklərinə görə bu gün Yunanıstan ərazisi olan həmin bölgə keçmişdə osmanlı imperatorluğuna aid olub. Yəni, osmanlı bir ulu babanın nəvəsiyəm. Türkiyəyə gələcəyim üçün belə danışdığımı düşünməyin. Mən türkəm. Bəli, bəli. Hesab edirəm ki, türk olduğumu deyə bilərəm”.

Qeyd edək ki, məşhur ulduz Çanaqqala zəfərinin 100-cü ildönümü münasibəti ilə Türkiyəyə gəlməyə hazırlaşır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm