Kənan MM Aygünün serialda rol almasına niyə qadağa qoydu?
Bizi izləyin

Tabloid.az

Kənan MM Aygünün serialda rol almasına niyə qadağa qoydu?

Kənan M.M Aygünü serialda rol almasına niyə imkan yaratmayıb?

Popstar Türkiyə yarışmasının finalçısı, rejissor Kənan MM-in həyat yoldaşı Aygün Şükürova fotokameramızın obyektivinə tuş gəlib.

Publika.Az xəbər verir ki, şəxsi həyatı gündəmə gətirməyi sevməyən Aygünə həyat yoldaşı ilə birgə serialda baş rol oynamaq təklifi olunsa da, Kənan bununla razılaşmayıb. Serial və yenilikləri barədə Aygün belə söyləyir:

“Yeni bir mahnım işıq üzü görəcək. İstanbul mahnısından sonra ən "tutacaq" mahnılarımdan biri olacaq. Kənan MM-in serialının mahnısını da oxuyacam.

Bəstəkarı Nailə Mirməmmədliyə məxsusdur. "Ləkə" serialında da aktrisa kimi oynamışam. Bu serialda elə baş obrazlar bizə təklif olunmuşdu.

Kənan sadəcə olaraq ailə ilə sənəti bir təqdim etməyi sevmir. Məncə də belə çox yaxşıdır. Çoxu gündəmə ailə ilə gəlir. Hər kəs öz sənətiylə gündəmə gəlməlidir.

Bu mahnıya klip də olacaq. Rejissorunu hələ bilmirəm. Kənan serialdan başqa bir film üzərində çalışır. O olmasa başqa yaxın dostlarından birinə həvalə edəcək”.

Elvin Elxan

Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm