Arif Babayevin ad günü qeyd olundu - FOTO
Bizi izləyin

Tabloid.az

Arif Babayevin ad günü qeyd olundu - FOTO

Azərbaycanın xalq artisti, görkəmli xanəndə, professor Arif Babayevin doğum günü münasibətlə Beynəlxalq Muğam Mərkəzində musiqili tədbir təşkil olunub.

Publika.az-ın məlumatına görə, Arif Babayev və sənət dostlarının qatıldığı tədbirdə sənətkarın yaradıcılıq yoluna nəzər salınıb.

Tədbirdə Arif Babayevin tələbələri, xalq artistləri Nəzakət Teymurova, Aygün Bayramova, xanəndə Firuz Səxavət və başqaları çıxış edərək musiqi hədiyyələri ilə ustadı təbrik ediblər.

Qeyd edək ki, 77 yaşını tamamlayan xalq artisti 1938-ci il fevralın 20-də Ağdamda anadan olub.

O, XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biridir. Azərbaycan muğam sənətində xüsusi xidmətləri olan A.Babayev xalq artisti (1988) adına, “Şöhrət” (1998) və “İstiqlal” (2008) ordenlərinə layiq görülüb.

O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaradıb. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm