Nazir Elnarə Abdullayevanın konsertinə gəldi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Nazir Elnarə Abdullayevanın konsertinə gəldi - FOTOLAR

Heydər Əliyev Sarayında xanəndə Elnarə Abdullayevanın “Biz zəfər çalacağıq” adlı solo-konsert proqramı baş tutub.

Publika.az-ın məlumatına görə, konsert başlamadan 1 saat öncə xalq artisti Zeynəb Xanlarova konsert keçirilən məkana gələrək səbəbkarı təbrik edib və uğurlar arzulayıb.

Zeynəb xanım ifaçıya “Sən mənim davamçımsan, sözü üzə deyənsən” söyləməklə ifaçının əhvali-ruhiyyəsini yüksəldib.

Xalq artisti İlhamə Quliyeva isə xəstə olduğu üçün konsertə gələ bilməyib. Əvəzində isə ifaçıya çiçək dəstəsi göndərib.

Maraqlı və rəngarəng repertuarı ilə sevənlərini salamlayan xanım sənətçi konsert boyu yaşıl libasda görünüb.

Konsertdə tanınmış sənətkarlarla yanaşı, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da iştirak edib.

Cəvahir

Foto: Rəşad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm