Alim Qasımovun qızı əcnəbiləri heyran qoydu
Bizi izləyin

Tabloid.az

Alim Qasımovun qızı əcnəbiləri heyran qoydu

Brüsselin məşhur konsert salonlarının birində - İncəsənət Sarayında Azərbaycanın əməkdar artisti Fərqanə Qasımovanın konserti keçirilib.


Anşlaqla keçən konsert Brüssel İncəsənət Sarayının təşəbbüsü və Azərbaycanın Belçikadakı səfirliyinin təşkilati dəstəyi ilə baş tutub.


Ailəsindən Publika.az-a verilən xəbərə görə, konsertdə Fərqanə Qasımovanın ifasında səsləndirilən muğam inciləri, “Füzuli kantatası”, bir sıra xalq mahnıları və “Qarabağ şikəstəsi” dinləyicilər tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.


Konsertdən sonra Fərqanə Qasımova yerli KİV nümayəndələrinə müsahibə verib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm