Əməkdar artist dayısı qızını məhkəmə ilə hədələdi – QALMAQAL
Bizi izləyin

Tabloid.az

Əməkdar artist dayısı qızını məhkəmə ilə hədələdi – QALMAQAL

Müğənni Lamiyə Novruzova ilə bibisi qızı, əməkdar artist Lalə Məmmədova arasında qalmaqal getdikcə böyüyür.

Publika.az-ın məlumatına görə, bir müddət öncə Lamiyə Novruzova atasının yas mərasimində Lalə Məmmədovanı görmək istəmədiyini deyib və atasının ölümündə onu günahlandırıb.

Bir müddət susan Lalə ATV telekanalına bu barədə danışıb:

“Allah rəhmət eləsin. Mənim dayım çox gözəl insan idi. Anamla çox bağlı olublar. Anam da onun itkisini çox ağır keçirir. Dayım həyatını ləyaqətlə yaşayan insan olub. Anama görə, dayımın ruhunun xətrinə susdum. Amma o demək deyil ki, mən qorxuram. Bu, ağır cəfəngiyyatdır. İnsanı ölümdə ittiham etmək çox ağırdır.

Mən birdən-birə Lalə Məmmədova olmamışam. Bu hörməti damla-damla yığmışam. Şəxsiyyətimə xələl gətirən daha bir açıqlama olsa, baxmayacam qohumdur, ya yaddır. Həmin adam qanun qarşısında cavab verəcək”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm