Nizami Kino Mərkəzində pulsuz filmlər göstəriləcək – FOTO
Bizi izləyin

Tabloid.az

Nizami Kino Mərkəzində pulsuz filmlər göstəriləcək – FOTO

Nizami Kino Mərkəzində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar pulsuz filmlər nümayiş olunacaq.

Bu barədə Publika.az-a Nizami Kino Mərkəzindən bildirilib.

Məlumatda bildirilir ki, Kino Mərkəzində fevralın 26-da Azərbaycanın Milli Qəhrəmanları Fazil Mirzəyev, Şirin Mirzəyev və Asif Məhərrəmov haqqında çəkilmiş sənədli filmlər, həmçinin Elvin Abdullayevin Xocalı faciəsinə həsr olunmuş “Məriz” qısametrajlı filmi, Aqil Abbasın “Dolu” və Vahid Mustafayevin “Xoca” bədii filmləri nümayiş olunacaq.

Seanslara giriş pulsuzdur.

Xocalı faciəsində günahsız həlak olan soydaşlarımıza hüzn və ehtiram əlaməti olaraq, Nizami Kino Mərkəzində digər filmlərin nümayişi dayandırılıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm