Türkiyə gözəli iki il azadlıqdan məhrum edilə bilər
Bizi izləyin

Tabloid.az

Türkiyə gözəli iki il azadlıqdan məhrum edilə bilər

Türkiyənin keçmiş gözəllik kraliçası Merve Büyüksaraç sosial mediada dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə iki il müddətinə azadlıqdan məhrum edilə bilər.

Publika.az-ın məlumatına görə, prokuror Umut Tepe gözəlin iki il azadlıqdan məhrum edilməsini tələb edib.

2006-cı ildə keçirilmiş gözəllik yarışının qalibi olmuş Büyüksaraç yanvar ayında özünün İnstagram hesabında paylaşdığı satirik şeir parçasına görə sorğu-sual edilib. Prokurorlar Türkiyənin dövlət himninə yazılmış bu nəzirədə Ərdoğanın təhqir olunduğunu iddia edirlər.

Büyüksaraçın vəkilləri isə deyirlər ki, o şeiri sadəcə olaraq paylaşıb və bu ittiham ifadə azadlığının əleyhinədir. Hazırda dizayner kimi fəaliyyət göstərən Büyüksaraç məhkəməyə deyib ki, o, “Uykusuz” jurnalından paylaşdığı şeir parçasını dərhal öz səhifəsindən silib. Türkiyə gözəli prezidenti təhqir etməsini inkar edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm