"Bu tarz benim" bağlanır
Bizi izləyin

Tabloid.az

"Bu tarz benim" bağlanır

Show TV-nin mübahisəli və reytinqli proqramı "Bu tarz benim" ekranlara vida edir.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu həftə dəb yarışmasının finalı olacaq. Ebru Akelin aparıcılığı ilə təqdim olunan veriliş keçən ilki uğurunu təkrarlaya bilməyib. Belə ki, ilin əvvəlindən jürisi və aparıcı ilə bir yerdə TV8-ə transfer olunan "Bu tarz benim" məhkəmə çəkişmələrindən sonra eyni adla, başqa formatda yayımlanmalı olub.

Lakin reytinq nəticələrinə görə aşağı pillələrdə qərar tutduğu üçün Show TV proqramı saxlamaq qərarına gəlib. Uğursuzluğun digər səbəbi kimi isə yeni münsiflər heyəti göstərilir.

Qeyd edək ki, son nəticələrə görə keçən ilki münsiflər və formatla TV8-də davam edən "İşte benim stilim" reytinqlərdə 27-ci sıraya qalxaraq "Bu tarz benim"i 46-cı yerə qədər sala bilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm