Leyla Əliyeva Musiqili Teatrda - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Leyla Əliyeva Musiqili Teatrda - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və Baş redaktoru Leyla Əliyeva 1 mart tarixində Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasını izləyib.

Bu haqda Axar.az-a teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu məlumat verib.

O bildirib ki, tamaşanı izləyən qonaqlar arasında Mədəniyyət və Turizm naziri Əbulfəs Qarayev, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və başqaları da olub.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Azərbaycanın xalq artisti Cənnət Səlimovadır. Tamaşada xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Elvin Əliyev, Əzizağa Əzizov, Əliməmməd Novruzov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları iştirak edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm