“100 min dollar olmasa, yataqdan qalxmaram” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

“100 min dollar olmasa, yataqdan qalxmaram” - FOTOLAR

Əfsanə modellər Sindi Krouford, Kristi Karlinqton, Naomi Kempbel, Klaudiya Şiffer, Stefani Seymur və Linda Evanqelista haqqında nə bilirsiniz?

Bu gözəl xanımlar haqqında bildiyiniz hər şeyi unudun. Çünki Publika.az-ın tabloid bölməsi dünyaca məşhur 5 modelin menecerinin açıqladığı sirləri təqdim edir:

90-cı illərdə adını çəkdiyimiz 5 supermodelin meneceri olan Karol Uayt “Çoxmu danışdım” adlı kitab nəşr etdirib. Menecer bu kitabda dünyanın ən seksual modellərinin sirlərini bölüşüb.

1981-ci ildə bacısı ilə evinin mətbəxində qurduğu agentliyə qısa zamanda bir-birindən gözəl 5 modeli cəlb edən Karol qısa zamanda bütün dünyaya səs salan bir agentliyin rəhbəri olur.

O, gecə əyləncələrindən ilham alaraq bu qızları tək-tək deyil, birlikdə işləməyə razı salır.

“Bu qızlar təklikdə də çox güclü idilər, populyardırlar. Amma gördüm ki, gecə klublarına, mərasimlərə gedəndə hamının diqqəti onlarda olur. Bu diqqətin bölünməsini istəmədim. Qızlara olan bu marağı pula çevriməyə qərar verdim. Onlara qrup halında işləyə biləcəkləri brendlər tapdım, fotosessiyaları birlikdə etdirməyə başladılar. Seksual bir sürü kimi idilər”.

Menecer modellərin ən güclü olduqları tərəfləri də açıqlayıb. O, Naomi Kempbelin çox seksual olduğunu, gözəl üz quruluşuna görə isə Kristini bəyəndiyini yazıb:

“Naomi çox seksual idi. Amma həyatımda gördüyüm ən gözəl üz Kristiyə məxsusdur. Zərif, heç vaxt dəbdən düşməyəcək bir görkəmə sahibdir. Ən gözəl bədən quruluşuna isə Sindi Krouford sahib idi. O, rəqiblərini həmişə geridə qoyurdu. Fotolarda da daha yaxşı çıxırdı. Ancaq evləndikdən sonra çox dəyişdi. Fotosessiyalara gəlməməyə, telefonlara cavab verməməyə başladı. Məncə, hələ uzun illər işləyə bilərdi”.

Karol modellərin populyarlaşdıqdan sonra 450 min dollar qonorarı belə bəyənmədiklərini qeyd edib:

“Linda çox zarafatcıl qadındır. Müsahibələrinin birində “gündə 100 min dollardan aza yataqdan qalxmaram” dedi. Ancaq brendlər bu açıqlamanı ciddi qəbul etdilər. Bir anda çox yüksək qiymətlər təklif etməyə başladılar. İki ildə min dollardan milyonlara qalxdıq. 1992-ci ildə bu 5 modeli bir avtomobil reklamı üçün razı saldım. Adam başına 450 min dollar almalarına baxmayaraq, çəkilişlərə nazlanaraq gəldilər. Demək olar ki, hər çəkilişə 4 saat gecikirdilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm