İzzət Bağırov yeni albomunu təqdim edib
Bizi izləyin

Tabloid.az

İzzət Bağırov yeni albomunu təqdim edib

Müğənni İzzət Bağırovun yeni albomu artıq hazırdır.

Publika.az-ın tabloid bölməsi xəbər verir ki, o, “Ey, dost mənim dünyam ” adlanan həmin albomunu “Space” telekanalında yayımlanan “Günaydın” verilişində təqdim edib. 6 illik fasilədən sonra, nəhayət, yeni albomunu hazırladığını bildirən müğənni diskin ilk nüsxəsini aparıcı Vüsalə Kərimovaya verib:

“21 ildir sənətdəyəm. Bu diskdə 21 illik yaradıcılığım əks olunub. Son 6 ildir ki, disk buraxdırmırdım. Bu albom üçün 230 şəkil çəkdirdim. Onlardan 20-sini bəyənib alboma yerləşdirdik. Ən çətin məqam da fotosessiyamdır. Bir günüm təkcə fotosessiyaya getdi, bunun üçün 4-5 libas dəyişdirdim. Hər geyimin də özünün aksesuarları var”.

Məlumat üçün bildirək ki, bu, sənətçinin 14-cü albomudur

Qeyd edək ki, Vüsalə Kərimovanın təqdimatında “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də “Space” telekanalında yayımlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm