Mətanət Fatimənin üzünü canlı yayımda qızartdı - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Mətanət Fatimənin üzünü canlı yayımda qızartdı - FOTOLAR

Rəqqasə Fatimə Fətəliyeva “Nigaranam” mahnısına rəqs qurması və rəqs etməsi ATV telekanalının aparıcı Mətanət Əliverdiyevanın ürəyincə olmayıb.

“Mən sənə bu mahnını və rəqsi yaraşdırmadım. Sənə uğurlar, amma istəməzdim ki, sən bu rəqsi ifa edəsən. Rəqs mahnısı elə rəqs mahnısı olmalıdır. Mahnıya rəqs quranda yaxşı olmur”.

Publika.az xəbər verir ki, rəqqasə də aparıcını cavabsız qoymayıb və rəqsi peşəkar xoreoqraf Fərhad Vəliyevin qurduğunu bildirib.

“Bu rəqsi mən qurmamışam. Bu rəqsi sənətkarımız Fərhad müəllim qurub. Ola bilsin, həyəcanlı olduğumdan “Nigaran”ı olduğu kimi bildirə bilmədim. Mən klassik rəqqasə deyiləm. Mən milli rəqslər ifa edirəm”.

Daha sonra rəqqasənin incidiyini görən Əliverdiyeva canlı yayımda rəqqasəni elə öpüb ki, dodaq boyası tam olaraq Fatimənin üzünə həkk olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm