Könül Kərimova hərbi xidmətdə olan oğlundan danışdı
Bizi izləyin

Tabloid.az

Könül Kərimova hərbi xidmətdə olan oğlundan danışdı

Müğənni Könül Kərimovanın oğlu Rəşad da müğənnilik edəcək. Publika.az xəbər verir ki, bu barədə ifaçı Space telekanalında yayımlanan “Günaydın” verilişində məlumat verib.

“Ailə bildiyim insanlardan qrup yaradıram. Oğlum da hərbi xidmətdən qayıdandan sonra bizim qrupun bir üzvü olacaq. Mən “Könül” adlı ansamblımı genişləndirmək istəyirəm. Yeni ansamblda Cabbar Musayev ilə yeni duetlərimiz də olacaq. Efirlərə də çıxanda birlikdə çıxacağıq. Qrupumuzun rəhbəri İntizar olacaq”.

Könül Kərimova verilişdə həmçinin Cabbar Musayevin onun deyil, özünün Cabbarın yaradıcılığından bəhrələndiyini vurğulayıb.

Qeyd edək ki, “Günaydın” verilişi həftəiçi hər gün saat 14:20-də Space telekanalında teleaparıcı Vüsalə Kərimovanın təqdimatında yayımlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm