“Ona sillə vurduğum üçün məşhurlaşdım” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Ona sillə vurduğum üçün məşhurlaşdım” – FOTOLAR

Ötən ilin ən çox müzakirə edilən filmlərindən olan “The Wolf of Wall Street”in baş rol aktrisası Marqo Robbi maraqlı açıqlamalar verib. Publika.az xəbər verir ki, bu film ilə bir anda məşhurlaşan aktrisa şöhrətini Leonardo Di Kaprioya borclu olduğunu bildirib.

O, filmin kastinqində rolu almaq üçün Leonardo Di Kaprionu sillələdiyini deyib:

“Filmin kastinqi zamanı sadəcə 30 saniyə içində bacarığımı göstərməyimi istədilər. Mən də ssenaridə olmadığı halda Di Kaprionu söydüm və üzünə sillə vurdum. Otaqda rejissorlar və prodüserlər var idi. Mən silləni vuranda otaqda hər kəs təəccübdən donub-qaldı. Mən də çıxıb getdim. Qısa müddət sonra zəng edib rolu mənə verəcəklərini dedilər”.

Qeyd edək ki, ABŞ-ın ən məşhur birjaçısı Cordan Belfortun həyat hekayəsindən bəhs edən filmdə Leonardo ilə Marqo Robbinin erotik səhnələri diqqət çəkmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm