“Cavanşirin oğlu, nəvəsi mənim hədiyyəmdir”
Bizi izləyin

Tabloid.az

“Cavanşirin oğlu, nəvəsi mənim hədiyyəmdir”

“Cavanşirin oğlu, nəvəsi mənim hədiyyəmdir”

Bu gün əməkdar artist Firuzə İbadovanın ad günüdür. Publika.Az-ın məlumatına görə öz ailəsi ilə birgə ad gününü keçirən əməkdar artisti sənət dostları təbrik edib.

Təbrikləri 3 gün öncədən başlayan Firuzə xanım ad günü təəssüratlarını bizimlə bölüşüb:

“Sizə, övladıma və bütün xalqımın nümayəndələrinə təşəkkürümü bildirirəm. Bir-birimizi sevək, qədrimizi bilək. Mənim ən böyük hədiyyəmi dünən almışam. AZTV-də köhnə lent yazılarımı görüb, özümlə fəxr etdim. Ən gözəl hədiyyə budur.

Mən həyatda olmayan zaman yaşayacağımı bilirəm. Elə indi əməkdar artist Aybəniz Haşımova xaricdən mənə zəng vurub ad günümü təbrik etdi, Sənətkarımız İlhamə xanım mənə ürək sözlərini dedi”.

Ad günündə həmkarı və yaxın dostu Cavanşir Məmmədovun əməkdar artistə nə hədiyyə almasını soruşduqda isə xanım İbadova belə cavab verdi:

“Cavanşir məni neçə gündür ki, təbrik edir. Bu ay 19 illiyimiz tamam olur. Onun oğlu və nəvəsi mənim hədiyyəmdir. Dünya malında mənim gözüm yoxdur. Maldan öncə insanların sevgisi və etibarı lazımdır”.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm