Vəfa Zeynalova əri ilə münasibətlərindən danışdı
Bizi izləyin

Tabloid.az

Vəfa Zeynalova əri ilə münasibətlərindən danışdı

Aktrisa Vəfa Zeynalova qadın-kişi münasibətini şərh edib və qadınları əks-cinsdən ağıllı hesab etdiyini bildirib.

“Qadın istər kişidən 1 yaş, istərsə də 10 yaş böyük olsun. Heç bir fərq etməz. Qadın hər zaman kişidən ağıllı olur. Hətta buna görə qadını daha dərin basdırırlar”.

Zeynalova həmçinin sətiraltı evdə dominantlığın öz əlində olduğuna da eyham vurub: “Kişi evdə başdırsa, qadın da boyundur. Qadın hər zaman nə istəyirsə, kişinin adı ilə onu yürüdür. Ailədə dominantlıq hər zaman qadında olur. Bu, 80 faiz ailələrdə belədir. Sadəcə, Azərbaycan qadını daha fədakar olduğundan kişini şişirtməyi xoşlayır. Bizim evdə də mən boyunam, kişi isə başdır”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm