Xalq şairinin müğənni qızı hədələdi: “Yoxsa, sizi...” - İTTİHAM
Bizi izləyin

Tabloid.az

Xalq şairinin müğənni qızı hədələdi: “Yoxsa, sizi...” - İTTİHAM

Tanınmış müğənni Şəbnəm Tapdıqla ANS-in aparıcısı Elgiz Əkbər arasında qalmaqal yaşanıb. Telekanalın “Adam içində” verilişində Elgizin xanım sənətçinin üstünə qışqırması qarşı tərəfi əsəbiləşdirib.

“Mənim üstümə heç xalq şairi olan atam qışqırmır”, - deyən Şəbnəm Tapdıq Publika.az-a açıqlama verib:

“Əslində biz Elgizlə orda bir şou yaratdıq. Mənim Elgizlə münasibətim yaxşıdır. Bir-birimizi çox istəyirik. Amma əsəbiləşməyimin səbəbi başqadır. Verilişə ona görə çıxmışdım ki, adımı daşıyan müğənniciklərin cavabını verim. Bu günlərdə efirə Şəbnəm adlı bir neçə müğənnicik çıxır. Onların mənim adımı daşımağa haqları çatmır. Çünki Azərbaycanda ilk dəfə bu adı mənə atam qoyub. Bu ad mənim brendim, nüfuzum, sənətim deməkdir. Kimin nə ixtiyarı var ki, gəlib mənim adımı daşısın, adımla sənətə gəlsin. Adınızı dəyişin, yoxsa, mən bilirəm neyləyəcəm”.

Şəbnəm Tapdıq “Şəbnəm” adı daşıyan müğənniləri hədələyib:

“Tez bir zamanda özünüzə yeni ad qoyun. Mən öz adım uğrunda mübarizə aparacağam. Azərbaycanda Şəbnəm adlı ikinci müğənni ola bilməz. Bu, mənim hüquqlarımın tapdalanmasıdır. Əgər şəxsiyyət vəsiqələrində adlarını dəyişməsələr, mən bu məsələni hüquqi müstəvidə həll edəcəyəm. Bu işdə ANS mənim müdafiəçimdir. Bir dəfə məclisdə idim, elan etdilər ki, “oxuyur Şəbnəm”,- hamı əl çaldı. Adımı eşidiblər, elə biliblər mənəm, həmin müğənni gəlib oxuyanda hamı təəccübləndi. Az qala dəli oldular ki, bu kimdir? Bir dəfə Bəxtiyar Vahabzadə mənə zəng elədi ki, klipini gördüm, bəyənmədim. Dedim ki, o, başqa Şəbnəmdir. Buna görə, Bəxtiyar müəllim çox əsəbiləşdi. Bir müğənni Şəbnəm var, o da mənəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm