Səhhətində problemlər yaranan xalq artisti Türkiyəyə gedir - FOTO
Bizi izləyin

Tabloid.az

Səhhətində problemlər yaranan xalq artisti Türkiyəyə gedir - FOTO

Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov martın 16-da müayinə olunmaq üçün yenidən Türkiyəyə yola düşəcək.

Bu barədə Publika.az-a xalq artistinin özü məlumat verib.

Hazırda özünü yaxşı hiss etdiyni deyən Rafiq Hüseynov müalicəsini davam etdirir: “Hələ ki babatam, amma vaxtaşırı müayinə olunmalıyam. Ayın ortasında Türkiyəyə gedəcəyəm. Ya əməliyyat, ya müalicə - buna həkimlər müayinədən sonra qərar verəcək”.

Xatırladaq ki, Rafiq Hüseynov ağ ciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağ ciyərinin üstündəki şişi götürüblər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm