Tabloid.az
Elnur Hüseynov ad gününü qeyd edir - VİDEO
Bu gün “O səs Türkiyə - 2015” müsabiqəsinin qalibi, Azərbaycanı 2007-ci ildə ”Eurovision” beynəlxalq müsabiqəsində təmsil edən Elnur Hüseynovun doğum günüdür.
Türkiyədə müsabiqədə qalib gəldikdən sonra “xalq qəhrəmanı”na çevrilən Elnur yarışmaya getməyənə qədər nəinki xalqın sevimlisi, əksinə, oriyentasiyasına görə mütəmadi olaraq qınaq obyektində olub.
Toy mahnıları oxumayıb, el şənliklərində işləyib pul qazanmayan Elnurun lüks həyat sürən şou əhli ilə də güclü dostluq münasibətləri olmayıb.
Elnur müxtəlif dar çərçivəsi olan klublarda çıxış edərək pul qazanıb.
“O səs Türkiyə” musiqi yarışmasında iştirak edən Elnur isə bir günə 70 milyonluq Türkiyənin diqqətini özünə çəkməyi bacardı. Hər kəs Elnur haqda yazmağa, maraqlanmağa başladı. Axı Elnur Hüseynov kimdir?
Türkiyənin ən baxımlı telekanalları, ən reytinqli verilişləri Elnuru qonaq çağırmağa başladı.
Bu gün 28 yaşını qeyd edən Elnuru artıq nəinki bütün Türkiyə tanıyır, həmçinin o, Azərbaycanın da sevimlisinə çevrilib.
Publika.az Elnurun “O səs Türkiyə” yarışmasından ən maraqlı çıxışlarını təqdim edir.
İsa Şükürov
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ