“Hərdən real həyatda da oynamalı olursan” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Hərdən real həyatda da oynamalı olursan” - FOTOLAR

Əsl adı Teymur Mikayıl oğlu Kərimovdur. Daha çox Timur Rodriqes kimi tanınan rusiyalı şoumen, müğənni, tele və radio aparıcı, aktyor “Nargis” jurnalına masahibə verib. Publika.az həmin müsahibəni təqdim edir:

4Z3A9595 copy

- Gözqamaşdıran hollivudsayağı gülüşünüz daxili aləminizin vəziyyəti ilə bağlıdır, yoxsa bu, düşünülmüş obrazınızın bir hissəsidir?

2

- Problemi hər zaman təbəssümlə yoluna qoymağı sevirəm. Bu, yəqin ki, problemin kökünə qədər getmək istəməməyimdən irəli gəlir. Çünki vəziyyətə təbəssümlə baxdıqda, ona olan münasibəti də dəyişmək mümkündür. Bu, adi səslənsə də, işləyir. Mən hesab edirəm ki, özünü və müsahibini nə qədər tez pozitivə yükləsən, kontakt daha tez baş tutacaq.

3

Amma medalın digər üzü də var. Mən valideynlərim tərəfindən yaxşı himayə olunmuşam və Moskvaya köçənə qədər xüsusi çətinliklə qarşılaşmamışam. Burada anladım ki, təkcə təbəssümlə bu həyatda elə də uzağa gedə bilməzsən. Həyat yoldaşı, ata statusu, müstəqil artist, yaradıcı prosesə cavabdehlik daha çox ciddilik və məsuliyyət tələb edir.

- Ancaq pozitiv əhvali-ruhiyyəni əldə etmək elə də asan başa gəlmir. Pis əhval ilə necə mübarizə aparaq?

- Elə olur ki, əsəbiləşib yüksək səslə danışandan sonra səhnəyə çıxıram. Amma səhnəyə çıxmazdan bir neçə saniyə öncə, sözlə ifadə edə bilməyəcəyim, sehrli hisslərin axınını hiss edirəm. Və pis emosiyalar bir anın içində yoxa çıxır. Mənim pis əhval-ruhiyyədə səhnəyə çıxmağa ixtiyarım yoxdur. Artist ətrafına pozitiv enerji yaymalı və öz sehrini tamaşaçı ilə bölüşməlidir.

4

- Aktyorluq məharəti sizi gündəlik həyatda da xilas edir?

5

- Hərdən real həyatda da oynamalı olursan. Məsələn, öz doğmalarına görə ekstremal vəziyyətdə soyuqqanlılığı itirməməlisən. Hərdən ətrafdakılara əminlik vermək üçün, komandana göstərməlisən ki, vəziyyət nəzarət altındadır. Hətta özünün buna 100 faizlik əminliyin olmasa belə... Mən bunu aldatmaq kimi qəbul etmirəm – bu sevdiklərini qorumaq, onları lazımı əhavala kökləmək, sakitlik və əminlik yaratmaq üçün lazımdır. Bu əminliklə mən evdə köklənirəm. Qastroldan gəlib evin kəndarından keçən kimi anlayıram ki, həll etməli olduğum çoxsaylı problemlər tökülüb qalıb. Amma ailədə ilk olaraq qayğı hiss etmək istəyirəm. Mülayim ev şəraitində mən digər işlərimi görməyə güc tapıram. Bir müddət öncə, Svetlana Xodçenko ilə müzakirə edib ortaq məxrəcə gəlmişik: aktyor nə qədər istedadlı olursa olsun, nə qədər virtuoz olsa da, şəxsi həyatla bağlı qərar qəbul edəcək an onun bütün aktyorluq məharəti yoxa çıxır.

- Tamaşaçınız kimdir?

6

- Auditoriya müxtəlif insanlardan ibarətdir. Hər kəs müxtəlif cür düşünür. Konsertə yalnız intellektual insanlar gəlmir. Əhvalına köklənib konsertə gələnlər də ola bilər. Dahi rejissorların, skulptorların, şairlərin, yazıçıların, rəssamların heyranları hər zaman onların işlərinin əsas məğzini anlayanlar olmayıb. Həmin heyranlar arasında, sadəcə, vizual planını bəyənənlər də daxil olub.

- Belə anlaşılır ki, işinizdə həddən artıq tələbkar və ciddisiniz. Bəs, səhvlərə qarşı necəsiniz?

- Əlbəttə ki, müəyyən dərəcəyə qədər dözümlülük hər zaman var. Amma komanda işində hər zaman “zəif bənd” olur və onun işləri axsatması mümkündür. Belə olan halda, mən Halkoya çevrilirəm. Lakin sonra situasiyanı analiz edərkən, anlayırdım ki, ya uzun-uzadı əsəbiləşib narahat olmalıyam, ya da bundan nəticə çıxardıb irəli getməliyəm.

- Siz, həmçinin, uşaqların tərbiyəsində də qətiyyətlisiniz?

- Uşaqlarla olanda özümə ciddi olmağa icazə vermirəm. Çünki onları tez-tez görmürəm. Amma psixoloqlar bildirir ki, uşaqlar çox ağır canlılar olduğundan reallıqla əlaqəni itirə bilərlər. Uşaqlarım çox şeyə qarşı adekvat reaksiya verməyi bacarmasını istərdim. İstəməzdim ki, onlar müasir nəslin hər şeyi olan və hər şeyə icazəsi olan tipik nümayəndələri kimi böyüsün. Mən özüm ailə dəyərləri və adət-ənənəsi olan ciddi ailədə böyümüşəm. Bu da mənim şəxsiyyət kimi formalaşmağıma yardımçı olub.

7

- Sizin ailənizdə tipik Azərbaycan ənənələri olub?

- Mənə hər zaman elə gəlir ki, insanlara və baş verənlərə qarşı atamda olan yüngüllük Bakıdan gəlib. Mən mütəmadi olaraq ailəvi səhər yeməklərimizi xatırlayıram. Həyatımda atamın bişirdiyi pomidor-yumurtadan ləzzətli heç nə yeməmişəm! Mənim üçün Azərbaycan mətbəxinin hər zaman xüsusi yeri olub.

Tərcümə: İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm