Rəvan Habiloğlu: “Həyat yoldaşımı efirə çıxmağa qoymuram” - ÖZƏL
Bizi izləyin

Tabloid.az

Rəvan Habiloğlu: “Həyat yoldaşımı efirə çıxmağa qoymuram” - ÖZƏL

Xalq artisti, ustad sənətkar Habil Əliyevin oğlu, tanınmış bəstəkar və müğənni Rəvan Habiloğlu çoxdan efirlərdə və tədbirlərdə görünməməsinin səbəblərindən danışıb.

Publika.az-a açıqlama verən sənətçi bu gün efirlərdə baş alıb gedən xaosdan giley-güzar edib: “Bilmək istəyirsinizsə, incimişəm, nə efirə çıxmaq istəyirəm, nə də oxumaq. Dəfələrlə studiyalardan mənə zəng edirlər ki, gəl mahnı yazaq, xalq səni çox istəyir, amma getmirəm. Telekanallara baxıram, biabırçılıqdır. Adlarını ekspert qoyublar, amma camaata ağıl verirlər. Ekspert sözünün mənası camaata tərbiyə, əxlaq dərsi vermək demək deyil. Amma bizim adını ekspert qoyan müğənni və aktrisalarımıza elə gəlir ki, camaata əxlaq dərsi keçə bilərlər. Hələ onların biədəb ifadələrini, təhqiramiz sözlərini demirəm, ayıbdır axı, bu telekanallara yeniyetmələr baxır. Bir də görürsən kriminal xəbərləri verirlər: filankəs arvadının başını kəsdi. Türkiyənin özündə avtomobil qəzasından danışanda cəsədi göstərmirlər”.

Sənətçi televiziyaların insanlara mənfi enerji ötürdüyünü deyib:

“Baxırsan bizim verilişlərə - ağlaşma, vay-şüvən, qəbiristanlıqdır. Nə qədər insanlara mənfi enerji ötürmək olar. Camaat evində xəstə düşüb e, Nuşirəvan Məhərrəmli buna bir əncam çəkməlidir. Bütün bunlar Azərbaycan xalqına qarşı mənəvi terrordur. Məndən olsa, Milli televiziyamızdan başqa bütün telekanalları bağlayaram. Mənim yoldaşım tanınmış həkimdir, amma mən onu efirlərə getməyə qoymuram. Çünki istəmirəm elə səviyyəsiz verilişlərə çıxsın”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm