Xalq artisti: “Arvadımın 17 qayınanası var”
Bizi izləyin

Tabloid.az

Xalq artisti: “Arvadımın 17 qayınanası var”

Xalq artisti, tanınmış aktyor Arif Quliyev DNT analizi verib.

Bu barədə Publika.az-a aktyor özü məlumat verib: “17-ci anam israr edir ki, mən onun oğluyam. Mən də dedim ki, oğlunamsa, qanımızı yoxlatdıraq. Ondan da qan analizi götürüblər, məndən də. Görək nəticəsi necə olacaq? Ortada sənəd yox, sübut yox, elə buna qalsa, hər kəs deyər ki, mən sənin ananam”.

Maraqlıdır, görəsən, aktyorun həyat yoldaşının qayınanasına münasibəti necə olub?

Xalq artisti sualımıza zarafatla cavab verib: “Arvadım oturub qayınanasını gözləyir. Deyir ki, Arif, görəsən, bu, neçənci qayınanam olacaq. Arvadımın 17 qayınanası var. Uşaqlar da nənəsini gözləyir. Nənə sarıdan bolluqdur.”

Xatırladaq ki, ATV-nin "Səni axtarıram" verilişinə müraciət edən 83 yaşlı qadın Arif Quliyevin anası olduğunu iddia edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm