41 yaşlı aktrisanın təmtəraqlı ziyafət libasları - FOTOLAR
Bizi izləyin

Tabloid.az

41 yaşlı aktrisanın təmtəraqlı ziyafət libasları - FOTOLAR

Bu gün cazibədar model, həm də yenicə ana olmuş aktrisa Eva Mendesin 41 yaşı tamam olur. 1974-cü ildə anadan olan Kuba əsilli amerikalı aktrisa öz həmkarı Rayan Qoslinqlə evlidir. O, çayl-fri (çayl-fri - könüllü və şüurlu şəkildə dünyaya uşaq gətirməkdən imtina etmək deməkdir. şəxsi azadlıq naminə uşaqlardan imtina etməyin təbliği çayl-fri fəlsəfəsinin əsas ideyasıdır) fəlsəfəsi ilə yaşasa da, sonda bu fikrindən daşınaraq həyat yoldaşına bir qız övladı hədiyyə etməyə qərara verib.

Nəticədə aktrisanın başı son zamanlar ailəsinə qarışıb. Uzun illər sonra 41 yaşında ana olan Eva Mendes yeni doğulmuş qızının qayğıları ilə məşğuldur. Buna görə də son zamanlar qırmızı xalı mərasimlərini əsrarəngiz ziyafət libasları ilə rövnəqləndirmir.

E.Mendes istedadlı aktrisa olmaqdan əlavə, həm də Hollivudun qüsursuz stil ikonalarından biridir. Onun seksuallığı zərifliklə, cəsarətli tərzi ciddiliyi ilə, qadınlığı isə parlaq dəbdəbə ilə uzlaşır. Publika.az füsunkar aktrisanın 41 yaşı tamam olması münasibəti ilə onun təmtəraqlı ziyafət libaslarını seçib. Həmin şəkillərə baxıb ekzotik gözəlliyi ilə insanların qəlbinə girməyi bacaran ulduzun son illərdə ən uğurlu obrazlarını xatırlamağı təklif edirik.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm