“Xeyir ilə Şərin rəqsi” bədii filminin çəkilişlərinə başlandı
Bizi izləyin

Tabloid.az

“Xeyir ilə Şərin rəqsi” bədii filminin çəkilişlərinə başlandı

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Xeyir ilə Şərin rəqsi” adlı bədii filmin çəkilişlərinə başlanılıb.

Publika.az-ın məlumatına görə, xalq yazıçısı Çingiz Abdullayevin “Quba kapriççiosu” romanının motivləri əsasında ekranlaşdırılan filmin quruluşçu rejissoru Yavər Rzayev, ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayevdir.


Qubanın Qırmızı qəsəbəsində Qacar şah nəslinə mənsub qədim nadir almazın axtarışı süjet xəttinin əsasını təşkil edən filmin çəkilişləri Qubada, Bakı şəhərinin müxtəlif ərazilərində və Kinostudiyanın pavilyonlarında qurulmuş dekorasiyalarda aparılır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm