Fidan Hacıyeva qəfil xəbərdən şok oldu
Bizi izləyin

Tabloid.az

Fidan Hacıyeva qəfil xəbərdən şok oldu

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə, 8 Mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə Fidan Hacıyevaya “Xalq artisti” adı verilib.

Sənətçi təəssüratlarını Publika.az-la paylaşıb: “Sevincimin həddi-hüdudu yoxdur. Çünki xəbər mənim üçün gözlənilməz oldu. Mənə Dövlət İnformasiya Agentliyindən zəng edib xəbər verdilər ki, bəs prezidentimiz səni xalq artisti adına layiq görüb. Tədbirdə idim, xəbəri eşidəndə şok oldum. Çox həyəcanlıyam. Səhərdən telefonlarım susmur, hamı zəng edib xoş sözlər söyləyirlər. Gənc opera sənətçisinin belə gözəl fəxri ada layiq görülməsi hər sənətçiyə nəsib olmur. Prezidentimə minnətdaram ki, bizim kimi sənət adamlarını yüksək qiymətləndirir. Mən bundan sonra daha da ruhlanacağam və xalqıma, dövlətimə musiqimlə xidmət edəcəyəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm