Nadirlə “Bu şəhərdə” kollektivi arasında QALMAQAL
Bizi izləyin

Tabloid.az

Nadirlə “Bu şəhərdə” kollektivi arasında QALMAQAL

Ötən gün "Bu şəhərdə” komandasının konsertinə qonaq qismində dəvət olunan müğənni Nadir Qafarzadə gecəni yarımçıq tərk edib.

Publika.az-a açıqlamasında ifaçı bunun səbəbini belə izah edib: “Ötən gün konserti yarımçıq tərk etdim. Bu da səbəbsiz deyil. Səhnəciklərin birində gözləmədiyim məqamda adım yersiz çəkildi. Əslində biz “Bu şəhərdə” komandası ilə dost idik. Lakin onların bu aidiyyatsız hərəkəti məni məyus etdi. Buna baxmayaraq, onlara növbəti işlərində uğurlar arzu edirəm”.

N.Qafarzadənin bu narazılığına “Bu şəhərdə” komandasının prodüseri Müşfiq Abbasovun da cavabı gecikməyib. O, ifaçıya mesaj göndərərək, bir daha bu cür halların təkrarlanmayacağını bildirib: “Heç bir problem yoxdur. Günü sabahdan “Avropa oyunları” səhnəsindən də, o biri iki səhnəcikdən də sizin adınızı çıxardacam. Bir də sizin adınızı çəkmərik, nə də siz yarımçıq getməzsiz”.

Qeyd edək ki, bir neçə gün öncə əməkdar artist Elza Seyidcahan da medaiaya “Bu şəhərdə” komandasından narazı olduğunu bildirmişdi. Ancaq ifaçıya Nadir Qafarzadədədən fərqli olaraq, müsbət cavab verilməyib. Onun məhkəmə təhdidlərinin qarşılığında “Bu şəhərdə” komandası mübahisəni istənilən müstəvidə həll etməyə hazır olduqlarını bəyan edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm