Rəqsanə qəzəbləndi: “Ərim ola-ola sevgilimlə kef etmirəm ki?!”
Bizi izləyin

Tabloid.az

Rəqsanə qəzəbləndi: “Ərim ola-ola sevgilimlə kef etmirəm ki?!”

Müğənni Rəqsanə İsmayılovanın ötən gün “Gündəlik” verilişinə geyindiyi libasının müzakirəsi gündəmi zəbt edib. Kimisi müğənnini, kimisi onu bu geyimdə efirə çıxmasına icazə verəni tənqid edir, kimisi də Rəqsanənin özünü həmkarı Röyaya bənzətdiyini yazır.

Emosional müğənni deyilənlərə sosial şəbəkə vasitəsilə cavab verib:

“Bu şəkilləri qoyuram ki, bəzi ağzıgöyçəklər mənə özümü Röyaya bənzətdiyimi deyirlər. Baxın, kor olmuş gözünüzlə. Bu pencək adlandırdığınız geyimi mən 2013-cü ildə geyinib fotosessiya etdirmişəm. Heç nə yazmaq istəmirdim. Sadəcə səbrim daşdı. O ki qaldı Röyaya, o da bizim xalqın, millətin övladıdır. Lap əcəb edib o da açıq geyinib. Mən də həmçinin. Allaha şükür, düşmənlərimizə bənzəməmişik ki?! Hamınız namus, qeyrət dərsi keçən olmuşunuz. Xoşunuz gəlmir, baxmayın. Bəzi sənət nümayəndələri kimi ərim ola-ola bu tərəfdə sevgili ilə kef etmirəm?! Efirə də çıxanda ailəli qadınam, ərim var demirəm. Düz nədir onu deyirəm. Onu da geyinirəm. Xoşu gəlməyən baxmasın. Əslində sizin kimi qanmaz insanlara maskalanıb çöldə min iş görən, efirdə özünü xanım kimi təqdim edən insanlar lazımdır”.

Publika.az Rəqsanənin və Röyanın fotolarını təqdim edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm